39 ildir orta mektebi bitire bilmir. Qeyri-adi hadiselerle gündeme gelen Hindistan bu defe de dünya metbuatının diqqetini öz üzerine çekib. Bu dəfəki hadisə isə dünyanın ən yaşlı orta məktəb şagirdi ilə bağlıdır. Ölkənin Racastan vilayətində yaşayan və orta məktəbdən məzun olmaq üçün ilk dəfə 1969-cu ildə imtahan verən Şiv Çaran son imtahanda da uğursuzluğa düçar olub və dünyanın ən savadsız şagirdi kimi tarixə düşüb. 79 yaşlı Çaranın imtahanlardan keçə bilməməsinə göstərdiyi səbəb də çox maraqlıdır. Belə ki, yaşlı şagird imtahanlardan kəsilməsində müəlliminin onunla yola getməməsini və onu qəsdən “ilişdirməsini” başlıca səbəb sayır. Həyatını imtahanlardan keçməyə həsr edən Çaran buna görə evlənmədiyini, amma yaşadığı müddət boyunca həyat yoldaşına qovuşmaq üçün imtahanlarda iştirak edəcəyini bildirib. Çaran orta mektebi bitireceyi təqdirdə 30 yaşdan aşağı bir xanımla evlənmək istediyini de qeyd edib.