İtaliyada Pompey şəhərinin bütün xalqı günümüzdən 1929 il əvvəl daş kəsilərək öldü… Vezüvi vulkanı hamısının üzərini lavayla örtmüşdü… Şəhər xəritədən silindi…
Tarix 23 Avqust 79… Pompeydə Roma İmperatorluğu hökm sürməkdə… İmperatorluğun başında isə Caligula var… Tarixin gördüyü ən qəddar və ən pozğun hökmdarlarından biri…
Şəhərin "ədəbsizliyə" düşkünlüyü səbəbiylə tarixdən silindiyinə inanc çox böyükdür. Hətta bəzilərinə görə Pompey də, Sodom və Qomorra kimi Allah tərəfindən cəzalandırılan şəhərlərdən biridir.
İmperator Caligula zatən öz bacısına aşiq olaraq ən böyük günahı işləyirdi. Xalqın isə ondan geri qalar yanı yox idi. Bir ticarət şəhəri olan Pompeyin dörd bir tərəfi fahişəxanalarla çevriliydi.
Dil bilməyən gəmiçilər bu fahişəxanaları tapmaqda çətinlik çəkməsinlər deyə binaların üzərində penis şəkilləri vardı. Ayrıca homoseksuallıq da normal qarşılanırdı.
Əhalinin yüzdə 60-ı zadəgan xalqdan, yüzdə 40-ı kölədən meydana gəlirdi. Zadəganlar müdhiş bir zənginlik içində idi. Rəvayətə görə əvvəl yemək yeyər, daha sonra yediklərini qaz tüklərini istifadə edib qusardılar. Səbəbi isə daha çox yemək yeyə bilmək, yemək zövqündən sonuna qədər faydalanmaq idi...
Fəlakət günü şəhərdə normal həyat davam edirdi. O gün hava hər günkindən bir az daha boğucu idi… Üstəlik çox yüngül də bir zəlzələ olmuş, amma əhəmiyyət verməmişlərdi.
Bir az sonra kül yağışı başladı. İnsanlar əvvəl əhəmiyyətsiz hesab etdi. Aydındır ki yaşlı Vezüvi daha əvvəl də belə fəaliyyətlərdə olmuşdu… Amma bu səfərki keçmədi, bitmədi…
Çaxnaşmaya qapılanların bəziləri limana doğru qaçmağa başladı, bir qisimi isə özünü evinə bağladı…
Limana doğru qaçanları pis bir sürpriz gözləyirdi… Dəniz qabarmışdı, azğın dalğalar gəmiləri lavalara doğru atırdı. Onsuzda göydən də iri qum dənələri şəklində qızğın daşlar yağmağa başlamışdı...
Evlərinə sığınanlar isə, sıx kükürd tüstüsündən boğulmamaq üçün özlərini çölə atmaqda, bu dəfə də üzərlərinə yağan daşlarla həlak olmaqda idilər.
İlk itkinlər yerə düşən qaz yüklü qara daşların partlamasıyla verildi. Səma qərarmış idi, göz gözü görmürdü.
Bütün şəhərin yox olması bir neçə saat davam etdi. Qorxunc fəlakətdən kimsə xilas ola bilmədi. 18 kilometrlik bir sahə içərisindəki Pompey lavalar altında qalmışdı.
Pompeyin 16 minlik əhalisinin böyük bir hissəsi daş olmuşdu. Vezüvi elə qüvvətli püskürmüşdü ki, kül buludları, fəlakəti xəbər verərcəsinə Anadolu, Suriya hətta Misirə qədər uçuşmuş idi.
Lavalar Pompey və qonşu şəhərləri elə birdən yox etmiş və daş kəsmişdi ki; bu gün o insanların gündəlik yaşayışlarını, yeni qurulmuş bir film seti kimi görə bilməkdəyik.
Ocaqdan endirilməmiş bir donuz, sobadan çıxarılamamış çörəklər, kürəklərindəki ləl-cəvahirat çuvalıyla küçə qapısını açmağa çalışarkən yığılan qadın və kişilər…
Kiminin başı əllərinin arasında, kimi uşağıyla qaçma dərdində…
Bir tərəfdə, şəhər qapısı qarşısında üst üstə yığılmış cəsədlər… Kənar yanda, bir zəngin evində cənazə mərasiminə qatılan və yerlərindən qalxmağa belə fürsət tapa bilmədən ölən insanlar...
İsa məbədi, teatr... Hamısının da yaşadıqları son anları dondurulmuş bir şəkildə dayanır. Yazıçı dükanındakı bal mumu həblər, kitabxanadakı papirüs tomarları, hamamlarda kaşağılar, meyxana dəzgahlarında qədəhlər və son müştərilərin buraxdıqları pullar…
Ev və dükan qapılarında sahiblərinin adları, ümumi tualetlərdəki pislik qab-qacaqları belə eynilə dayanır.
Bütün zənginliklər, mövqelər, gözəlliklərlə birlikdə Pompeyin insanları daş oldu. O insanlar bu gün İtaliyada açıq hava muzeyində görülə bilər…
Geoloqlara görə xalqın ölüm səbəbi kükürd qazı. Daşa dönmələrinin səbəbi isə yanardığın püskürtdüyü vulkanik tozun sərtləşməsi... Bu lavalar qəlib meydana gətirmiş, zamanla içəridəki bədən çürümüş lakin qəlib eyni qalmışdır..
Nəticədə insan şəklində boşluqlar meydana gəlmiş, qazmanı edənlər bu boşluqlara gips töküb ölən insanların heykəllərini əldə etmişlər.
|