Main » 2008»DekabR»26 » Taylandlı qadın eqrebi 2 deqiqe ağzında tutdu
17:20
Taylandlı qadın eqrebi 2 deqiqe ağzında tutdu
Taylandlı qadın əqrəbi 2 dəqiqədən çox ağızında tutdu
Taylandda özünü "Əqrəb kraliçası" elan edən Kançana Kaetkaev adlı qadın, 18 sm boyundakı canlı qara əqrəbi iki dəqiqədən uzun müddət ağızında tutaraq dünya rekordu qırdı.
39 yaşındakı qadın, rekordu Bangkokun cənub-şərqindəki Pattaya diyarında toplanan insanların hüzurunda qırdı.
Ağ paltar və uzun bağlı əlcəklər geyən "kraliça", zəhərli heyvanı tam olaraq 2 dəqiqə 3 saniyə ağızında tutub tüpürdü.
Kançana, daha sonra da yeni bir rekord sınağına başladı. 5 min əqrəbin olduğu şüşə qəfəsə girən Kançana, qəfəsdə 33 gün qalmağı hazırlayır. "Kraliça" 2002-ci ildə əqrəblərlə 32 gün keçirmişdi.