ABŞ-da qadının 8 əkiz övladı olub. Uşaqların altısı oğlan, ikisi isə qızdır!
Amerika Birləşmiş Ştatlarında qeyri-adi hadisə baş verib. Belə ki, yanvarın 26-da Los Anceles şəhərinin yaxınılığındakı bir xəstəxanada adı açıqlanmayan qadının 8 əkiz uşağı olub. 6-sı oğlan 2-i qız olan uşaqların çəkiləri 820 qramdan 1,5 kiloqrama qədərdir. Həkimlərin məlumatına görə, ananın və uşaqların səhhəti normaldır. Xatırladaq ki, Amerikada sonuncu dəfə belə hal 10 il əvvəl baş vermişdi. O vaxt 8 əkizdən biri ölmüşdü. Uşaqların 7-nin isə artıq 10 yaşı var.