Main » 2009»FevraL»7 » ABŞ-da sürücülerin mobil telefonları alınacaq
13:50
ABŞ-da sürücülerin mobil telefonları alınacaq
Hesablamalara görə, sükan arxasında telefonla danışan sürücülərin təqsirindən hər il yollarda 200 min insan həlak olur, 500 min isə yaralanır. ABŞ senatının üzvü, sükan arxasında telefonla danışan və SMS göndərən sürücülərin telefonlarını konfiskasiya edilməsini təklif edib. Keçmişdə məktəb direktoru olmuş senator hesab edir ki, bu üsulla qəzaların sayını azaltmaq olar. Best Syndication araşdırmalar mərkəzinin hesablamalarına əsasən, avtomobil sürərkən söhbət edən insanlar qəzaya daha tez düşürlər və bu göstəricilər yüksəlməkdə davam edir. Məlumdur ki, söhbət edərək avtomobili idarə edən sürücülərin diqqəti yayılır və onlar yolda baş verən hadisəyə vaxtında reaksiya verə bilmirlər.