Dünyanın ən çox qazanan idmançılarının yeni reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu dəfə də siyahıya amerikalı qolfçu Tayqer Vuds başçılıq edir. Onun illik gəliri 111,9 milyon dollara bərabərdir.
İkinci pillədə boksçu Oskar De La Hoya qərarlaşıb. Məşhur “əlcək ustası” il ərzində Vudsdan 2 dəfə az (55 milyon dollar) qazanıb. Reytinq cədvəlində ilk “üçlüy”ü digər qolfçu Fil Mikelson qapayır - 51,2 milyon dollar.
Maraqlıdır ki, ən çox qazanan 10 idmançı arasında futbolçu yoxdur. Siyahıya 4 basketbolçu, 2 qolfçu, 2 beysbolçu, 1 boksçu və 1 avtomobil pilotunun adı düşüb.