Sizin üçün maraqlıdır Microsoft Excel 2000 proqramını kim hazırlayıb? Bunu bilmək üçün siz bunları etməlisiniz: Microsoft Excel 2000 proqramını açın. F5 klavişinı sıxın. Açılan aynada x2000:l2000 daxil edib "Enter" klavişinı sıxın. "Tab" klavışasını sıxın. Klaviaturanın sağında yerləşən Ctrl+Shift klavişa kombinasiyalarını sıxılı saxlayaraq "Chart Wizard" (Master Dioqram) düyməsini sıxın. Və budur açılan pəncərədə Microsoft Excel 2000 proqramını hazırlayan proqramistlərin adlarını görürsünüz. Bu pəncərəni bağlamaq üçün "Esc" klavişinı sıxmaq lazımdır.
Microsoft Excel 2000-də avtoyürüşmə oyunu
Microsoft Excel 2000-də yerləşən avtoyürüşlər oyunu bəlkə də bütün tanınan gizli funksiyalar arasında ən məhşurudur. Bu oyun bir çox istifadəçilər arasında böyük maraq oyatmışdır. Bu oyunu açmaq üçün Siz aşağıdakıları etməlisiniz: Microsoft Excel 2000 proqramını açın. "Fayl" menyusuna girib "Save as Web Page" ( <!-- filter: --> <!-- /filter --> ranit kak Web stranichu) əmrini seçin. "Add Interactivity" (Dobavit interaktivnost) seçib "Publish Sheet" (Opublikovat) düyməsini sıxın. Açılan aynada yenə də "Publish Sheet" (Opublikovat) düyməsini sıxın. Sonra isə Microsoft Excel 2000 proqramını bağlayın. Faylın yaddaşda saxlanılması barədə çıxan pəncərədə "No" (Net) düyməsini sıxın. Yaddaşda saxladığınız Page.htm (Stranicha.htm) (bir çox hallarda bu fayl "Moi dokumentı" qovluğunda saxlanılır) faylını açın. Bu fayl Internet Explorer brauzerində açılacaq. 2000-ci sətri seçin. Sonra isə WC sütununa keçin (yəni Siz koordinatları 2000 - WC olan xananı seçməlisiniz.
Sonra isə Shift+Crtl+Alt klavişa kombinasiyasını sıxılı saxlayıb mausun sol düyməsiylə, aynanın sol yuxarı küncündə yerləşən Office piktoqramı üzərində iki dəfə vurun.Və budur Siz Microsoft Excel 2000-də yerləşən avtoyürüşlər oyununu görürsünüz. Diqqət yetirsəz Siz görərsiniz ki, yollarda Microsoft Excel 2000-ni yazan proqramistlərin adları yazılıb:
Bu proqramda gizlədilmiş gizli funksiyanı görmək üçün siz bunları etməlisiniz: