Azərbaycanlı iş adamı Telman İsmayılov tərəfındən 1.4 milyard dollara Antalyanın Lara adlı ərazisində Kündü adlı qəsəbədə tikilən Mardan Palace dünyaca məşhur The Times qəzətində əsas xəbər oldu!
The Times, “1.4 milyard dollar, (zarafat deyil, gerçək!)” ifadəsini işlətdi.
Hotelin Avropa’nın ən lyuks hoteli olacağını yazan Times, bir çox hissələrində qızıldan istifadə olunduğunu, restoranlarda istifadə olunan qabların Hermes’dən olduğunu və sadəcə qablara 1,35 milyon dollar xərcləndiyini qeyd etdi.
Hotelin qarşısındakı çimərliyə Misirdən 9000 ton qızıl rəngi qum gətirildiyinə də yer verilən xəbərdə otaqların qiymətinin isə 13000 sterlinqə qədər olduğu bildirilir.
Hotelin şərab anbarında şüşəsi 2120 sterlinq olan Château Lafite Rothschild’in 1996 şərablarının olduğu qeyd edilir.
552 otaqdan ibarət olan hotelin 529 standart, 2 King, 15 CIP villa, 5 VIP villa, 1 Special villa otaqları var.